Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin 22.05.2020-ci il tarixli, 38-f nömrəli əmri

23.05.2020

Xüsusi karantin rejimi ərzində dövlət qurumlarının ahəngdar fəaliyyətinin təmin edilməsi üçün əlavə tədbirlər barədəAzərbaycan RespublikasınınNazirlər Kabinetinin müvafiq qərar və məktublarının, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 108-k nömrəli, 07.05.2020-ci il tarixli əmrinin müvafiq hissələrinin icrasının təmin edilməsi məqsədiləAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 5/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsi haqqında Əsasnamə”nin 5.5.5-ci bəndinə əsasən

Əmr edirəm:

  1. Regional İdarənin əməkdaşları vəfəaliyyəti bərpa edilmiş mədəniyyət müəssisələrinin rəhbərləri aşağıdakı tapşırıqların icrasını təmin etsinlər:
    1. İclasların, müşavirələrin və toplantıların telefon və internet rabitəsi vasitəsilə keçirilməsinmə üstünlük verilsin;
    2. Sənədlərə vizaların toplanması halları istisna olmaqla əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;
    3.  İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi halları olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunması dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;
    4. İş yerində və digər ictimai yerlərdə sosial məsafəyə əməl edilməsini, gigiyenik vasitələrdən istifadə olunmasını, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamağı və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın digər tövsiyə və tapşırıqlarına ciddi riayət olunsun.
  2. Əmrin icrasına nəzarət rəis müavini Rəfiqə Cəfərovaya həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 108-k nömrəli, 07.05.2020-ci il tarixli əmri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 5/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsi haqqında Əsasnamə"