23.05.2020
“Regional İdarənin fəaliyyətində mövcud neqativ halların aradan qaldırılması və gələcəkdə baş verəcək halların qarşısının alınması istiqamətində Tədbirlər Planı”nın təsdiq olunması barədə
Biləsuvar Regional Mədəniyyət İdarəsinin və ona tabe mədəniyyət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, nizam-intizamın yüksəldilməsi, neqativ halların aradan qaldırılması və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 5/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsi haqqında Əsasnamənin 5.5.5-ci bəndinə əsasən
Əmr edirəm:
Əsas: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 5/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsi haqqında Əsasnamə”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 20.05.2020-ci il tarixli, 06/04-916/2020 nömrəli məktubu
Rəis Elçin Hüseynov
Biləsuvar Regional Mədəniyyət İdarəsinin
22.05.2020-ci il tarixli, 37-f nömrəli əmri ilə
təsdiq edilmişdir
Regional İdarənin fəaliyyətində mövcud neqativ halların aradan qaldırılması və gələcəkdə baş verəcək halların qarşısının alınması istiqamətində
TƏDBİRLƏR PLANI
№ |
Tədbirin adı |
İcraya məsul |
İcra müddəti |
1 |
Tabe müəssisələrin fəaliyyətinə nəzarətin artırılması |
Baş məsləhətçilər |
Mütəmadi |
2 |
Maliyyə intizamının gücləndirilməsi, maliyyə prosedurlarında (tender, kotirovka və s.) şəffaflığın təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi |
Mərkəzləşdirilmiş mühasibatlıq |
Mütəmadi |
3 |
Uşaq incəsənət və uşaq musiqi məktəblərinin fəaliyyətinin ciddi nəzarətə götürülməsi |
Regional İdarə |
Mütəmadi |
4 |
Məktəblərin maliyyə sənədlərinin, o cümlədən həftəlik dərs saatlarının hesabı cədvəlinin, müəllimlərin tarifləşmə cədvəlinin normativ sənədlərə uyğun olaraq tərtib edilməsi, müəllimlərin sinif jurnallarının dəqiq aparılmasına diqqətin artırılması, tədris olunmayan dərslərin rəsmiləşdirilməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi |
Baş məsləhətçilər, Mərkəzləşdirilmiş mühasibatlıq |
Mütəmadi |
5 |
Xüsusi karantin rejimi başa çatdıqdan sonra müvafiq komissiya tərəfindən məktəblərdə monitorinqlərin keçirilməsi, müəllim və şagirdlərin dərsə davamiyyətinin ciddi yoxlanılması, tədris ili ərzində bütün müəllimlərin açıq dərslərinin təşkil edilməsinin nəzarətə alınması |
Regional İdarə |
Xüsusi karantin rejimindən sonra |
6 |
Müvafiq sahəyə ayrılan maliyyə vəsaitinin məhdudlaşdırılması ilə bağlı məktəblərdə dərs yükünün optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi |
Regional İdarə, uşaq musiqi və uşaq incəsənət məktəbləri |
01.08.2020-ci il tarixədək |
7 |
Xüsusi karantin rejimi nəzərə alınmaqla nazirlik üzrə cari ilin may-dekabr ayları üçün tərtib edilmiş iş planına uyğun olaraq iş planlarının yenilənməsi |
Regional İdarə, tabe müəssisələr |
10.06.2020-ci il tarixədək |
8 |
Mədəniyyət müəssisələrinin iş rejiminin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinə və tövsiyələrinə uyğun həyata keçirilməsi |
Regional İdarə, tabe müəssisələr |
Xüsusi karantin rejimi dövründə |
9 |
Regional İdarədə və tabe müəssisələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi |
Regional İdarə, tabe müəssisələr |
Xüsusi karantin rejimi dövründə |
10 |
“Könüllülər ili” çərçivəsində tədbirlərin davam etdirilməsi, könüllü gənclərlə işin təşkilinin sistemləşdirilməsi, region üzrə könüllülər şəbəkəsinin formalaşdırılması |
Regional İdarə, tabe müəssisələr |
Mütəmadi |
11 |
Nazirliyin balansında olmayan binaların onun struktur təşkilatlarının balansına qəbul edilməsi istiqamətində təkliflərin 31 may 2020-ci il tarixədək Mədəniyyət Nazirliyinə təqdim edilməsi |
Regional İdarə |
31.05.2020-ci il tarixədək |
12 |
Mədəniyyət müəssisələri tərəfindən internet xidmətlərinin göstərilməsinin, onlayn rejimdə tədbirlərin (virtual xidmətlər, konsert proqramları, distant dərslər və s.) təşkil olunmasının davam etdirilməsi |
Tabe müəssisələr |
Xüsusi karantin rejimi dövründə |
13 |
İri mədəniyyət müəssisələrinin internet təminatının yaxşılaşdırılması, müasir texniki avadanlıqla təchiz olunması istiqamətində tədbirlərin görülməsi |
Regional İdarə |
Mütəmadi |