14.05.2020
31 yanvarda Neftçala rayon Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul işçisi Vasif Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Təhsil şöbəsinin direktoru Əjdər Kərimov və gənclər iştirak edirdi. Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev tədbiri giriş sözü ilə açaraq dövlət tərəfindən istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasında həyata keçirilən layihələrdən, idmanın inkişafı və kütləviliyinin artırılması istiqamətində atılan addımlardan bəhs etdi. Sonda rayonun ictimai həyatında fəal iştirak edən gənclər fəxri fərmanla təltif olundular.