07.05.2020
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili «Könüllülər ili» elan etməsi ilə əlaqədar Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları da "Könüllü qonaq" təşəbbüsünə qoşuldular. Mərkəzin əməkdaşları və "Könüllü qrupu"nun üzvləri rayonun kəndlərindən birində tənha yaşayan Nisəxanım nənənin və Telman babanın evinə baş çəkərək onları hədiyyələrlə sevindirdilər. Təmizlik işləri apararaq həyətdə və bağda səliqə-sahman yaradıb ev sahibləri ilə xoş və maraqlı vaxt keçirdilər. Daha sonra çay süfrəsi ətrafında səmimi söhbət edib onların sevincini bölüşüb kədərinə şərik çıxdılar.