04.05.2020
1 MAY
1919 – Bakıda, Qaraşəhərdəki Xalq evi nəzdində mədəni-maarif və musiqi-teatr bölmələri təşkil edilib.
1901 – Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901–1976) anadan olub.
1910 – Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910–1992) Şuşada doğulub. Operalarda Leyli (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.
1928 – Əməkdar rəssam Tələt Ağalar oğlu Şıxəliyev (1928– 1987) Masallı rayonunun Digah kəndində anadan olub. Yaradıcılığında portret janrı üstünlük təşkil edir.
1934 – Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 – 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Küçələrə su səpmişəm” və s.) çəkilib.
1936 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 – 27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
1938 – Əməkdar mədəniyyət işçisi, tarixçi Ataxan Əvəz oğlu Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində doğulub. Milli Arxiv İdarəsinin rəisi işləyib.
1940 – Xalq rəssamı, heykəltəraş Akif İzzətulla oğlu Əsgərov Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
1940 – Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Cabbar oğlu Musayev İmişli rayonunda doğulub. “Röya” vokal instrumental ansamblının yaradıcısıdır.
1941 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. Müxtəlif janrlarda əsərlərin, tamaşa və filmlərə (“Qətl günü”, “Yalan”) musiqilərin müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.
1947 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev (1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad”) musiqi yazıb.
1950 – Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1959 – Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışır. Teletamaşalarda, kinoda (“Qaçaq Nəbi”) yaddaqalan obrazlar yaradıb.
1965 – Xalq artisti, xanəndə Zabit Gülxan oğlu Nəbizadə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Azərbaycan Milli Konservatoriyasının müəllimidir.
1970 – Xalq artisti Gülyaz Zakir qızı Məmmədova Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1970 – Əməkdar artist İlham Əsəd oğlu Əsədov anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
2002 – Prezident Heydər Əliyev görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin 80 illiyi haqqında sərəncam imzalayıb.
2 MAY
1913 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (1913 – 28.5.1987) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
1916 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1916 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Çəkildiyi filmlər: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə” və s.
1916 – Əməkdar artist Mənsurə Vahab qızı Cəfərova (1916 – 20.3.1997) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927–2003) Qəbələ şəhərində anadan olub.
1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929–2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
1930 – Bakıda Mirzə Fətəli Axundzadənin abidəsinin (heykəltəraş Pinxos Sabsay) açılışı keçirilib.
1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Azərbaycan Bəstəkarlar İtifaqının katibi olub.
1943 – Əməkdar mədəniyyət işçisi, tətbiqi-sənət ustası Cəmaləddin Bilal oğlu Əyyubov anadan olub.
1954 – Əməkdar mədəniyyət işçisi Rəna Fərid qızı Rzayeva anadan olub. “İçərişəhər” Muzey Mərkəzində çalışır.
1977 – Xalq artisti, opera müğənnisi Yusif Vilayət oğlu Eyvazov anadan olub. Həyat yoldaşı – opera müğənnisi Anna Netrebko ilə Vyanada yaşayır, Rusiya, Avropa və Amerikanın opera səhnələrində çıxış edir.
1997 – Bakıda, Respublika Sarayında görkəmli musiqiçi, maestro Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev yubiley gecəsində iştirak edib.
1998 – Bakıda dünya kinosunun 100 illiyi münasibətilə “Festivallar festivalı” başlanıb. Bu münasibətlə Respublika Sarayında Prezident Heydər Əliyevin iştirakı ilə mərasim keçirilib.
2007 – Prezident İlham Əliyev “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
2019 – Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. İki gün (2–3 may) davam edən Forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edib.
3 MAY
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. 1993-cü ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib.
1857 – Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857–1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10- da milli peşəkar teatrın əsasını qoyan “Lənkəran xanının vəziri” tamaşasında baş rolu (Teymur ağa) oynayıb. “Qara yel” romanının müəllifidir.
1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. “Atayevlər ailəsi”, “Alov” teletamaşalarında, “Dağlarda döyüş”, “Nəsimi” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
1940 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov Gürcüstanda, Borçalı bölgəsinin Yuxarı Saral kəndində anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
1947 – Əməkdar memar Əhməd Yaqub oğlu İsmayılov anadan olub.
1957 – Xalq artisti, bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. İnstrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Sənədli və qısametrajlı filmlərə musiqi yazıb.
1963 – Əməkdar mədəniyyət işçisi, yazıçı-tərcüməçi Yaşar Məmmədəli oğlu Əliyev Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışır.
1995 – Türkiyənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.
4 MAY
1920 – Aşıq, şair Molla Cümə (1854–1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.
1934 – Opera və Balet Teatrında Reynqold Qliyerin “Şahsənəm” operasının ilk tamaşası (Şahsənəm rolunda Şövkət Məmmədova) olub.
1946 – Əməkdar mədəniyyət işçisi Nəriman Ağadədə oğlu Quliyev Lənkəran rayonunda anadan olub.
1947 – Əməkdar artist Lyubov Fyodorovna Musayeva anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
1971 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı (balaban, zurna, saz) Rəhman Rasim oğlu Ələsgərov Şamaxı rayonunun Məlhəm kəndində anadan olub.
1971 – Əməkdar mədəniyyət işçisi Tehran Xalidşah oğlu Babayev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dekorçu rəssamıdır.
2017 – Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusuna həsr olunan Forum mayın 6-dək davam edib.
6 MAY
1900 – Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900–1962) Moskvada doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1927–1959) olub.
1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942–2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.
1943 – Əməkdar memar Nizami Həsən oğlu Nağıyev anadan olub.
1947 – Tanınmış dilçi alim, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya dair tədqiqatların müəllifidir. Ali Sovetin deputatı, respublikanın təhsil naziri olub.
1969 – Əməkdar incəsənət xadimi Müşfiq Mürşüd oğlu Hətəmov anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (2011–2019) işləyib.
2015 – Prezident İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun (yerləşmə yeri – Bakı şəhəri) fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Fondun prezidenti Günay Elçin qızı Əfəndiyevadır.
7 MAY
1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.
1951 – Əməkdar artist Vaqif Məhəmməd oğlu Kərimov Qax rayonunda doğulub. Mingəçevir, İrəvan teatrlarında çalışıb, filmlərə çəkilib.
1954 – Əməkdar incəsənət xadimi Vaqif İsa oğlu Ağayev (1954–2011) Abşeron rayonunda anadan olub. 1972-ci ildən Azərbaycan Televiziyasında çalışıb.
1957 – Xalq artisti, teatr rejissoru İrana Tofiq qızı Tağızadə anadan olub. Akademik Rus Dram Teatrının quruluşçu rejissorudur, Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib.
1960 – Əməkdar müəllim Məmməd Həsən oğlu Quliyev anadan olub. Bakı şəhəri L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin direktorudur.
1965 – Xalq artisti, baletmeyster Mədinə Vaqif qızı Əliyeva Bakıda doğulub. 1983-cü ildən Opera və Balet Teatrının balet artisti olub, Belarus Akademik Musiqili Teatrında Fikrət Əmirovun “Min bir gecə” baletinə quruluş (2014) verib.
1968 – Əməkdar incəsənət xadimi, karikaturaçı-rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bayram Kamal oğlu Hacızadə Bakıda anadan olub.
1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib.
2019 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəllifərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilib. Siyahıya Azərbaycanın XI–XX əsrlərdə yaşamış 35 şair və yazıçısı, 1929–1955-ci illərdə çəkilmiş 11 bədii film daxil edilib.
8 MAY
1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.
1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
1957 – Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Əşrəf oğlu Abbasov Bakıda anadan olub. Simfoniya, kantata, “Şən bahar” uşaq operası və s. əsərlərin müəllifidir. Azərbaycan Bəstəkarlar İtifaqının katibidir.
1965 – Əməkdar mədəniyyət işçisi İslam Cəfər oğlu Həsənov anadan olub. Sumqayıt Dram Teatrının direktoru işləyib, 2018-ci ildə Yuğ teatrının direktoru təyin edilib. 1983 – Lənkəranda Sovet İtifaqı Qəhrəmanı Həzi Aslanovun heykəlinin açılışı keçirilib.
9 MAY
1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909–1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin müəllifidir.
1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.
1922 – Azərbaycan Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesinin ilk tamaşası (rejissor Abbasmirzə Şərifzadə) olub.
1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940–2002) anadan olub. İrəvan Azərbaycan Dram Teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.
1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır” “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
1955 – Əməkdar artist Vaqif Teyyub oğlu Məstanov anadan olub. Akademik Musiqili Teatrın baş xormeysteridir.
1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Akademik Musiqili Teatrda çalışıb, filmlərə çəkilib.
1973 – Bakıda əfsanəvi partizan, Sovet İtifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılış mərasimi keçirilib.
1975 – Əməkdar artist Fəzilə Vaqif qızı Rəhimova anadan olub. Qədim musiqi alətləri ansamblının cəng ifaçısıdır.
11 MAY
1906 – “Bakinski raboçi” qəzeti (rus dilində) nəşrə başlayıb.
1915 – Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.
1922 – Akademik Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin ilk tamaşası (rejissor Abbasmirzə Şərifzadə) olub.
1928 – Əməkdar mədəniyyət işçisi, aktyor, kino təşkilatçısı Nəriman Qulam oğlu Axundov (1928–2009) anadan olub. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb.
1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995–2010) olub.
1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946– 2003) anadan olub. 1989-cu ildə Xəzəryanı ölkələrin Bakı bienaleisində I mükafata layiq görülüb. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.
1955 – Xalq artisti Şamil Kamran oğlu Süleymanov Bakıda anadan olub. Çəkildiyi filmlər: “Baladadaşın ilk məhəbbəti”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması”, “Mahmud və Məryəm”, “Dolu” və s.
1965 – Əməkdar artist İntiqam Soltan (İntiqam Soltan oğlu Həsənli) Naxçıvan MR Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Bakı Uşaq Teatrının yaradıcısı, bədii rəhbəri və direktorudur.
1990 – Azərbaycan Respublikası Nazirlər Soveti Şuşa Dövlət Musiqili Dram Teatrının yaradılması haqqında qərar qəbul edib. Teatr Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli əmri ilə fəaliyyətə başlayıb. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra teatr Bakıda fəaliyyət göstərir.
2012 – Prezident İlham Əliyev SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2017 – Prezident İlham Əliyev Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
12 MAY
1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beş manatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl” və s.) müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub, teatr tamaşalarına musiqi yazıb.
1915 – Xalq rəssamı, heykəltəraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltəraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.
1925 – Yazıçı Bayram Həsən oğlu Həsənov (1925–1979) Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir.
1935 – Tanınmış diktor, Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (1935–2011) Bakıda doğulub. Azərbaycan Televiziyasının ilk futbol şərhçisi olub.
1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.
1940 – Əməkdar incəsənət xadimi Vaqif Osman oğlu Nəzirov anadan olub. Sumqayıt şəhərinin baş rəssamı işləyib.
1944 – Tanınmış rəssam Ənvər Əmirhüseyn oğlu Əliyev (1944–2003) Bakıda anadan olub. Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssamdır, başqa görkəmli şəxsiyyətlərin də portretlərini çəkib.
1952 – Əməkdar artist Azər Əlbaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb, Milli Dram Teatrının direktor müavini olub.
1962 – Əməkdar artist Əbülfət Yusif oğlu Salahov anadan olub. Şəki Dövlət Dram Teatrının aktyorudur.
1980 – Cəlilabad rayon mərkəzində Cəlil Məmmədquluzadənin heykəlinin açılışı keçirilib.
2005 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (31.05.1922 – 2005) dünyasını dəyişib. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfələr verib.
2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ Dövlət Teatrının yaradıcısıdır.
2018 – “Sərhədsiz teatr” devizi altında keçirilən III Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İtifaqının birgə təşkil etdiyi festival mayın 19-dək davam edib. 2014-cü ildə əsası qoyulan festival iki ildən bir keçirilir.
14 MAY
1906 – Əməkdar artist, opera müğənnisi Şirzad Abasəli ağa oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.
1916 – Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film – “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
1943 – Əməkdar incəsənət xadimi Fikrət Əbdülhəmid oğlu Sultanov anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
1947 – Əməkdar mədəniyyət işçisi, aşıq Mais İsrayıl oğlu Sadıqov (Mais Gəncəli) anadan olub.
1976 – C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində Kino muzeyi açılıb. 1990-cı ildə fəaliyyətini dayandırıb. 1996-cı il mayın 14-dən muzey Dövlət Film Fondunun nəzdində fəaliyyətini bərpa edib.
1977 – Əməkdar artist Alsu Masxutovna Qimadiyeva anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1981 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü” təsdiq edilib.
1985 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
2010 – Prezident İlham Əliyev görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2018 – Parisdə, UNESCO-nun mənzil-qərargahında böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi qeyd edilib.
15 MAY
1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.
1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903–1973) anadan olub.
1918 – Tanınmış ədəbiyyatşünas Əzizağa Hacıəli oğlu Məmmədov (1918–1986) Lənkəranda anadan olub.
1920 – Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
1921 – Filosof, Əməkdar elm xadimi Midhət Mirmusa oğlu Ağamirov (1921– 1995) Şuşada anadan olub.
1922 – Bakı şəhərində “Bakı Fəhləsi” nəşriyyatı (indiki “Azərbaycan” nəşriyyatı) yaradılıb. Müxtəlif adlar altında (“İnternasional” , “Kommunist”) fəaliyyət göstərib.
1922 – SSRİ Xalq artisti, tanınmış bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operetaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in Mədəniyyət naziri (1965–1971) işləyib.
1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.
1930 – Tanınmış şərqşünas, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930–1984) Gəncə şəhərində anadan olub.
1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931–1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.
1939 – Yazıçı-dramaturq, ədəbiyyatşünas Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) Şərur rayonunun Təzəkənd kəndində anadan olub. Alman ədəbiyyatından bir çox əsərləri dilimizə tərcümə edib.
1940 – Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü başlayıb.
1943 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Niftəliyev Tovuz rayonunda anadan olub.
1944 – Xalq artisti Əbdül (Abduləhəd) Əlisa oğlu Mahmudov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.
1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov Qəbələ rayonunun Bum kəndində doğulub. 1980-ci ildə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında iştirak edib, 2018-ci ilədək muzeyin direktoru olub.
1947 – Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmud qızı Mahmudova anadan olub. Bakıda Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktorudur.
1951 – Əməkdar mədəniyyət işçisi Akif Gülrza oğlu Əliyev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında mühəndis, film direktoru işləyib.
1963 – Əməkdar artist Mehriban Abdulla qızı Abdullayeva anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
1971 – Əməkdar artist, vokalçı Şirzad Abbasəli oğlu Hüseynov (1906–1971) vəfat edib. Opera və Balet Teatrının solisti olub.
1973 – Əməkdar mədəniyyət işçisi Vidadi Allahverdi oğlu Həsənov anadan olub. Akademik Musiqili Teatrda truppa müdiridir.