Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Heydər Əlyev Mərkəzinin fevral ayındakı tədbirlərindən

24.04.2020

Salyan rayon Heydər Əliyev Mərkəzində 19 fevral 2020-ci il tarixdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ''Dilimiz mənəviyyatımızdır'' adlı tədbir keçirildi.

Beynəlxalq Ana Dili Günü — UNESCO-nun 1999-cu il noyabr tarixdə keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Tədbirdə iştirak edən ziyalılar və ''Sözün rəngi'' dərnəyinin üzvləri qeyd etdilər ki, dil - hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.