Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin yanvar ayındakı bəzi tədbirləri

06.04.2020

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin I Qaralı kənd kitabxana filialında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə “Böyük ömrün dastanı” adlı məlumat günü keçirildi.

16.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azadlığa gedən yol” adlı anım mərasimi keçirilmiş, daha sonra məktəblilərlə birlikdə şəhidlərin məzarı ziyarət edilmişdir.

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada II sinif şagirdləri ilə “Çoxlu kitab oxuyan uşaqlar daha zəkalı olurlar” adlı oxu saatı keçirdi.

16.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə “Mən hardan bilərdim şairlik nədir” adlı məlumat günü keçirildi.

16.01.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qanlı, şanlı gecə” adlı anım mərasimi keçirildi. Tədbirdə Neftçala şəhər Ə.Piriyev adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olundu.

14.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı E.Həbibov adına 4 saylı tam orta məktəbin əməkdaşlığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar V və VI sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirdi.

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Şəhidlər ölməz, vətən bölünməz” adlı anım günü keçirdi.

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Şəhidlər unudulmur” başlıqlı sərgi təşkil edildi.

16.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Qədimkənd kənd kitabxana filialında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Şənbə gecəsinin tarixi” adlı anım günü keçirildi.

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Dördlər kənd kitabxana filialında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və geniş təbliği ilə əlaqədar "Azərbaycan tarixinin öyrənilməsində ümummilli liderin rolu" adlı məlumat günü keçirildi.

15.01.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibəti ilə sərgi təşkil edildi.