04.04.2020
"Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun qurub.
Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi karantin rejimi ilə bağlı qərara uyğun olaraq tənzimlənir.
Bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Nazirliyin Aparatında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində 30 mart tarixindən etibarən videokonfans rejimində fəaliyyət davam etdirilir. Həmçinin, sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib."
Məqalənin tam mətni ilə aşağıdakı link üzrə tanış olmaq olar: