Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala Dövlət Rəsm Qalereyasının yanvar ayındakı tədbirləri

04.04.2020

Neftçala Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi məqsədilə 14 yanvar 2020-ci il tarixdə Neftçala rəssamları tərəfindən Qalereyanın müvəqqəti fonduna hədiyyə olunmuş 20 ədəd rəsm əsəri Qalereyanın əsas fonduna daxil edilmişdir. Bu məqsədlə Neftçala Dövlət Rəsm Qalereyası 15 yanvar 2020-ci il tarixdə Neftçala rayon Mədəniyyət Mərkəzində həmin əsərlərdən ibarət sərgi təşkil etmişdir.