03.04.2020
Salyan rayon Heydər Əliyev Mərkəzi də ''Dost xonçası'' layihəsinə qoşuldu. Novruz bayramının qədim adət-ənənələrini yaşatmaq, qayğıya, diqqətə ehtiyacı olan insanları yad etmək məqsədilə Mərkəzin əməkdaşları Tağıyeva Xalidə (anadangəlmə iflicdir) və Məmmədov Yadullanı (fiziki qüsurludur) ziyarət etmişlər.