13.03.2020
15 MART
1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 – 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893–1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.
1893 – Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 – 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Bakı Türk İşçi Teatrında da tamaşalarda oynayıb. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsnifərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
1919 – Ədəbiyyatşünas Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (1919–16.8.1998) Tehranda doğulub. Cənubi Azərbaycanda milli hərəkatın fəallarından olub. AMEA-nın Ədəbiyyat İnstitutunda çalışıb. Nizamidən, Nəvaidən tərcümələr edib.
1920 – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıda dövlət əleyhinə bolşevik təbliğatı aparan fəhlə klublarını müvəqqəti bağlamaq barədə qərar qəbul edib. Martın 25-də Mərkəzi Fəhlə Klubundan başqa bütün klubların işləməsinə icazə verildi.
1923 – Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923–1990) anadan olub. Qrafika ustası kimi tanınıb, görkəmli şəxsiyyətlərin portretlərini, kitablara illüstrasiyalar çəkib.
1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923–2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
1928 – İrəvan Dövlət Türk Teatrı (indiki İrəvan Dövlət Azərbaycan Dram Teatrı) yaradılıb. 1935-ci ildə teatra Cəfər Cabbarlının adı verilib.
1932 – Əməkdar rəssam Sima Abbas qızı Ağayeva anadan olub.
1941 – Üzeyir Hacıbəylinin “Koroğlu” operası və Səməd Vurğunun “Vaqif” pyesi Dövlət mükafatına layiq görülüb.
1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.
1952 – Əməkdar mədəniyyət işçisi İlham Qalib oğlu İsayev anadan olub. Azərbaycan Televiziyası və Radiosunda çalışır.
1954 – Əməkdar mədəniyyət işçisi Abbas Musaxan oğlu Güləliyev Qobustan rayonunda anadan olub.
1955 – Əməkdar artist Aydın Allahverdi oğlu Əliyev anadan olub. İrəvan Azərbaycan, Şəki, Naxçıvan teatrlarında çalışıb. Bakı Bələdiyyə Teatrının aktyorudur, filmlərə çəkilib.
2003 – Azərbaycan Mətbuat Şurası yaradılıb. Təsis qurultayında 170-ə yaxın KİV və jurnalist təşkilatının nümayəndələri iştirak edib.
2010 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyası Kamera və orqan musiqisi zalının binasının təmiri və bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
16 MART
1882 – Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882–1967) anadan olub. 30 ilə yaxın (1952-ci ilədək) Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
1903 – Əməkdar mədəniyyət işçisi, dramaturq Qurban İsabala oğlu Musayev (1903–1982) Bakının Mərdəkan qəsəbəsində doğulub.
1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri (1938–1964) olub.
1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Sətar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.
1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operetaları, mahnı və romansların müəllifidir, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Leyli” və “Sevil” vokal qızlar ansamblları və “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.
1950 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Ağalar İdrisoğlu (Mehdiyev) Masallı rayonunun Digah kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrı, Sumqayıt, Ağdam teatrlarında tamaşalara quruluş verib.
1994 – Prezident Heydər Əliyev dahi şair Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi üzrə Dövlət Komissiyasının yaradılması haqqında fərman imzalayıb.
1998 – Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Xalçası” Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyinin yaradılması haqqında qərar qəbul edib.
17 MART
1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.
1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.
1932 – Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Nizami, Nəsimi və Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.
1949 – Əməkdar mədəniyyət işçisi Gülçöhrə Məmməd qızı Şəfiyeva Bakıda anadan olub. Uzun illər Heydər Əliyev Sarayının baş rejissoru işləyib.
1962 – Əməkdar mədəniyyət işçisi Gülnarə Lütfəli qızı Abdullayeva anadan olub. Azərbaycan Televiziyasında musiqi rejissoru işləyir.
1968 – Xalq artisti, tanınmış xanəndə Könül Kazım qızı Xasıyeva Şəkidə anadan olub. 1997 – Prezident Heydər Əliyev Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Аğаsаdıq Gərаybəylinin 100 illiyi haqqında sərəncam imzalayıb.
2016 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
19 MART
1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tifisdə anadan olub. 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. Filmlərdə (“Uşaqlığın son gecəsi”, “Mən ki gözəl deyildim”) çəkilib.
1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907– 1977) Bakıda anadan olub. Dövlət Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
1920 – Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920–1976) anadan olub.
1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri olub.
1928 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. Akademik Dram Teatrında çalışıb, Dövlət Kukla Teatrında rejissor işləyib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.
1939 – Şair, ədəbiyyatşünas Dəmir Gədəbəyli (Dəmir Müseyib oğlu Qasımov) Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. Şeirlərinə populyar mahnılar yazılıb.
1945 – Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mahmud oğlu Mehdiyev anadan olub. Filmləri: “Özgə vaxt”, “Qoca palıdın nağılı” və s.
1986 – Əməkdar artist Gülməmməd Əliheydər oğlu Şahverdiyev anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında çalışır.
1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.
1997 – Prezident Heydər Əliyev görkəmli musiqiçi və ictimai xadim Mstislav Lеopoldoviç Rostropoviçin 70 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
2009 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib.
21 MART
21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyada dil müxtəlifiyini poeziya vasitəsilə təşviq etmək məqsədilə təsis edilib.
1896 – Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 – 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi”, “Fətəli xan” filmlərində çəkilib.
1897 – Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897– 1938) Salyan şəhərində doğulub. Repressiya qurbanıdır.
1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898–1967) anadan olub. Bakıda Milli Dram, Türk İşçi teatrlarında, Gəncə Dövlət Dram Teatrında çalışıb, filmlərə (“Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”) çəkilib.
1900 – Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900–1985) anadan olub.
1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov;
1906 – 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. 20-dən çox poemanın (“Komsomol poeması”, “Muğan”, “Aygün” və s.), “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. mənzum dramların müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İtifaqının sədri (1941–1948) olub.
1910 – Əməkdar artist Reyhan Qəmbər qızı Tağıyeva (1910–1973) Tifisdə doğulub. Tifis Azərbaycan teatrının ilk aktrisalarındandır. 1956-cı ildən Gəncə teatrında çalışıb. 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 – 23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1915 – Ədəbiyyatşünas alim Əkbər Məmməd oğlu Ağayev (1915–1989) anadan olub.
1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920 – 15.5.2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. Süjetli tabloların (“İntizar”, “Xalq bayramı”, “Yaylaqda” və s.), mənzərə, portret janrlarında əsərlərin müəllifidir.
1921 – Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi, professor Nurəddin Həsən oğlu Babayev (1921–1991) Gəncə şəhərində doğulub. “Qızlar, sözüm sizədir”, “Ürəklər bir olanda” və s. kitabların, sənədli filmlərin ssenari müəllifidir. BDU-da Jurnalistika fakültəsinin ilk dekanı olub.
1924 – Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azafı (Zeynalov, 1924 – 12.10.1990) Tovuz rayonunun Azafı kəndində doğulub.
1928 – Şair, publisist Ağacavad Əbdülhəsən oğlu Əlizadə (1928–1995) Salyan şəhərində anadan olub.
1929 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Murtuz Zeynal oğlu Sadıqov (1929–1997) Ordubad rayonunun Nüsnüs kəndində doğulub. Sovet repressiyaları, M.Ə.Rəsulzadə haqqında əsərlərin müəllifidir.
1933 – Xalq artisti, bəstəkar, dirijor Yaşar Əbdülxalıq oğlu İmanov Bakıda doğulub. Gürcüstanda fəaliyyət göstərib, Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri olub. 1992-ci ildə Bakıya köçüb, Bakı Musiqi Akademiyasının professoru olub.
1934 – Ədəbiyyatşünas, şair, filosof, professor Qulamrza Səbri Təbrizi Təbriz şəhərində doğulub. Edinburq Universitetində (Böyük Britaniya) çalışıb.
1941 – Əməkdar mədəniyyət işçisi, aşıq Umbay Sadıq oğlu Axundov Laçın rayonunda doğulub.
1944 – Xalq artisti Valeh Seyfulla oğlu Kərimov anadan olub. 1969-cu ildə Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, teatrda tamaşalara quruluş verib. Televiziya tamaşalarında, filmlərdə (“Bəxt üzüyü”, “Pəncərə”) çəkilib.
1957 – Əməkdar artist, rəqqas Xanlar Əyyub oğlu Bəşirov Göygöl şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
1959 – Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azafı (Gülarə Mikayıl qızı Zeynalova) anadan olub.
1968 – Əməkdar artist, vokal ifaçısı (soprano) Aliyə Ramazan qızı Terequlova (1915–1968) vəfat edib. Opera və Balet, Musiqili Komediya teatrlarında opera və operetalarda çıxış edib, Gənc Tamaşaçılar Teatrında çalışıb.
1854 – Maarifçi, şair, publisist Məhəmməd Tağı Sidqi (Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov; 1854 – 9.12.1903) Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Kukla Teatrı onun adını daşıyır.
1895 – Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895–1938) Şamaxı şəhərində doğulub. Rus ədəbiyyatından tərcümələr edib. Repressiya qurbanı olub.
1899 – Böyük dramaturq, yazıçı, şair, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (1899 – 31.12.1934) Xızı kəndində doğulub. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub. Pyesləri: “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Sevil”, “Almaz”, “Yaşar” və s. Şeir və hekayələrin, publisistik və teatr sənəti haqqında nəzəri yazıların, tərcümələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.
1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 – 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. “Şamo”, “Saçlı”, “Mehman”, “Medalyon”, “Qafqaz qartalı”, “Ağbulaq dağlarında” və s. əsərlərin müəllifidir.
1904 – Xalq artisti Vladimir Vladimiroviç Otradinski (1904–1974) Tifisdə doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1934-cü ildən) olub.
1908 – Əməkdar artist Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908– 1992) Ərdəbildə doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.
1909 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn (1909 – 10.3.1965) Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub. “Səhər”, “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” (romanlar), “Alov” (pyes) və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
1910 – Şair Soltan Məcid oğlu İsmayılov (1910–1963) Göyçayda doğulub. Rus şairlərinin əsərlərini dilimizə çevirib.
1913 – Xalq artisti Əlağa İsmayıl oğlu Ağayev (1913 – 3.11.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qanun naminə” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
22 MART
1913 – Yazıçı-dramaturq Məhərrəm Cəlal oğlu Əlizadə (1913–1983) anadan olub. “Gözün aydın”, “Toy kimindir?”, “Səndən mənə yar olmaz” və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
1913 – Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu (1913 – 11.12.2001) anadan olub. “Məni bağışla”, “Aydın yollarda” və s. roman və povestlərin müəllifidir.
1914 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (1914 – 9.12.1973) Şəkidə doğulub. Musiqili Komediya Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1915 – Xalq rəssamı Baba Balababa oğlu Əliyev (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub. Məşhur əsərləri: “Mədəndə”, “Neftçilərin istirahəti”, “Tankçıların istirahəti” və s.
1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 – 18.3.1980) Dərbənddə doğulub. Şəki Dram Teatrında, 1949-cu ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 – 26.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. “Dəli Kür”, “Ayrılan yollar” “Ölən dünyam” romanlarının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
1919 – Tanınmış kinooperator Xan Yusif oğlu Babayev (1919 – 2.9.1967) anadan olub. Çəkdiyi filmlər: “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s.
1922 – Cənubi Azərbaycan yazıçısı Fəthi Xoşginabi (Fəthi Həmzə Əli oğlu; 1922–1989) anadan olub.
1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 – 6.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 – 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
1931 – Əməkdar artist Yusif Lətif oğlu Qazıyev (1931 – 21.3.1987) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrında aktyor, direktor işləyib.
1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933 – 28.8.1983) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli (“Leylı və Məcnun”), Ərəbzəngi (“Şah İsmayıl”) və s.
1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 – 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. “Dalanda”, “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.
1959 – Əməkdar artist Rafiq İsmayıl oğlu Mirzəyev Bakıda anadan olub. Salyan Dövlət Kukla Teatrının baş rejissorudur.
1982 – Bakıda böyük dramaturq Cəfər Cabbarlının abidəsinin (heykəltəraş – Xalq rəssamı Mirələsgər Mirqasımov) və ədibin ev-muzeyinin açılış mərasimləri keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.
23 MART
1915 – Tanınmış rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 -10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə rəqslərin quruluşçusu olub.
1920 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar (“Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” və s.), simfonik əsərlər və mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957) olub.
1929 – Əməkdar artist, vokalçı Firuzə Ramazan qızı Muradova (1929–1987) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.
1930 – Əməkdar artist Şəfiqə Şirməmməd qızı Axundova (1930–2005) Lənkəranda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olub, rejissor köməkçisi işləyib
. 1939 – Xalq artisti Məmmədəli Bəşir oğlu Balayev Qərbi Azərbaycanda, Ermənistan SSR Basarkeçər (indi Vardenis) rayonunun Kəsəmən kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının səhnəsində xarakterik obrazlar yaradıb, filmlərə çəkilib.
1942 – Əməkdar artist Rza Darablı (Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883–1942) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Teatrında aktyor kimi çıxış edib. Bakı Teatr Məktəbində dərs deyib, filmlərdə çəkilib.
1942 – Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
1943 – Əməkdar rəssam, heykəltəraş Sultan Mahmud oğlu Rüstəmov Bakıda anadan olub. “Mirzə Şəfi Vazeh”, “Gedənlərin xatirəsinə” və s. əsərlərin müəllifidir.
1946 – Yazıçı, şair, dramaturq Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s. romanların müəllifidir.
1957 – Əməkdar mədəniyyət işçisi İsmayıl Cabir oğlu Dadaşov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktorudur.
1984 – Əməkdar artist Nigar Oqtay qızı Şahmuradova anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
24 MART
1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda dünyaya gəlib. Lənkəran Dram Teatrının ilk bədii rəhbəri və direktoru (1973–1981) olub.
1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Sətar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
1942 – Tanınmış memar, memarlıq üzrə elmlər doktoru AMEA-nın müxbir üzvü Cəfər Əli oğlu Qiyasi Cənubi Azərbaycanda, Ərdəbilin Hüsnə kəndində anadan olub. “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru işləyib.
1947 – SSRİ Nazirlər Soveti Bakı şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılması barədə qərar qəbul edib. Abidənin açılışı (heykəltəraş Fuad Əbdürrəhmanov, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov) 1949-cu ilin aprelində keçirilib.
2000 – “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
2008 – Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (21.12.1923 – 2008) dünyasını dəyişib. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib.
26 MART
1893 – Opera müğənnisi, Xalq artisti Fatma Sətar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1902 – Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub. Opera tamaşalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”) və digər partiyaları ifa edib.
1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, “Vaqif”, “Otello” tamaşalarında baş rolların əvəzsiz ifaçısı olub. Filmlərdə (“Fətəli xan, “Qara daşlar”, “Səhər”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.
1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910 – 21.9.1970) Şəkidə anadan olub. Əsərləri: “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” (pyeslər), “Nina” (roman), “Vəfasız” (povest) və s. “Arşın mal alan” (1945)”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919– 1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.
1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926–2013) Bakıda anadan olub.
1939 – Əməkdar mədəniyyət işçisi Almaz İbrahim qızı Məmmədova Yevlax rayonunda anadan olub.
1948 – Xalq rəssamı Qəyyur Habil oğlu Yunus Bakının Əmircan kəndində doğulub. Əsərləri müxtəlif ölkələrin qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Yaradıcılığında lirik mənzərələr, portret janrı xüsusi yer tutur.
1972 – Əməkdar artist Rauf Fikrət oğlu Ağakişiyev anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyorudur. MART 128
1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın çar Rusiyasına ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib.
1998 – Respublika Sarayında Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev yubiley gecəsində çıxış edib.
27 MART
27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
1917 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Moskva Opera və Balet Teatrının solisti olub, “Arşın mal alan” (1945) filminin rus variantında Gülçöhrənin ariyalarını oxuyub.
1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub. Dünyanın bir çox ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928–2016) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri işləyib.
1930 – Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə (1930–2014) Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub. “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
1945 – Azərbaycan Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarına əsasən, SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunub. Tanınmış alim Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib. Prezident İlham Əliyevin sərəncamı (2018) ilə 27 mart Azərbaycanda “Elm günü” kimi qeyd olunur.
1958 – Xalq artisti Həsən Vəliqulu oğlu Ağasoy Culfa rayonunun Gülüstan kəndində doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışır.
1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Əzizağa oğlu Gərayzadə anadan olub. Müxtəlif janrlarda əsərlər, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
1986 – Görkəmli aktyor, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə unudulmaz obrazlar qalereyası yaradıb.
1989 – Əməkdar incəsənət xadimi, rejissor Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı ilk tamaşasını (Y.Səmədoğlu, “Qətl günü”) göstərib. Gənclər Teatrı 2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib.
29 MART
1873 – Şair Mirzəli Möcüz Şəbüstəri (1873–1934) Cənubi Azərbaycanda, Şəbüstər qəsəbəsində anadan olub.
1928 – Şair Tacəddin Şahdağlı (Tacəddin Abdulla oğlu Məmmədov; 1928–2019) Qəbələ rayonunun Xırxtala kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib.
1938 – Əməkdar mədəniyyət işçisi Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs operatoru, Dövlət Film Fondunda baş mühəndis işləyib.
1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946–1997) Lənkəranda anadan olub. Sumqayıt, Naxçıvan, Lənkəran teatrlarında çalışıb, filmlərə çəkilib.
1951 – Əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1975 – Əməkdar artist Fərid Fərhad oğlu Əliyev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1976 – Tanınmış ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (22.2.1898 – 1976) vəfat edib.
1968 – Əməkdar artist, pianoçu, sənətşünas Nərgiz Ramiz qızı Əliyarova Bakıda doğulub. Beynəlxalq müsabiqələrin laureatıdır. Bakı Musiqi Akademiyasının professoru olub. 2017-ci ildən ABŞ-da (Nyu-York) yaşayır.
2016 – Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2017-ci ilin yanvarından nazirliyin Bakı şəhəri üzrə Baş idarəsi və 15 regional idarəsi fəaliyyətə başlayıb.
30 MART
1903 – Tifisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə Azərbaycan dilində “Şərqi-rus” qəzetinin ilk nömrəsi çapdan çıxıb. Bu, 1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Tifisdə nəşr olunan Azərbaycan dilində növbəti qəzet idi. Həftədə üç dəfə, 1904-cü ilin iyunundan gündəlik nəşr olunub. 1905-ci ilin yanvarında fəaliyyətini dayandırıb.
1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil bəy Həsən oğlu Qazıyev (1908–1980) İrəvan şəhərində doğulub. Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam olub, “Kommunist”, “Azərbaycan gəncləri” qəzetlərində rəssam işləyib.
1925 – Azərbaycan yazıçılarının “Ədəbiyyat cəmiyyəti” təşkil edilib. Həmin ilin dekabrında “Gənc qızıl qələmlər” ədəbi təşkilatı yaradılıb. 1926-cı ildə iki təşkilat birləşib.
1939 – Xalq rəssamı Rafis Rza oğlu İsmayılov Bakıda anadan olub. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir, onlarla filmin (“Sevinc buxtası”, “Ölsəm... bağışla”, “Fəryad” və s.), həmçinin teatr tamaşalarının quruluşçu rəssamıdır.
1945 – Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. Akademik Milli Dram Teatrında, filmlərdə (“Bizim Cəbiş müəllim”, “Ad günü”, “İstintaq” və s.) yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995–2000) olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Muğam operalarında (“Leyli və Məcnun”da Məcnun, İbn Səlam, “Şah İsmayıl”da Şah İsmayıl, “Aşıq Qərib”də Şeyx və s.) çıxış edib.
1958 – Əməkdar artist Məmməd Əhməd oğlu Cəfərov Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çalışır.
1983 – Əməkdar artist Anton Serqeyeviç Ferştandt anadan olub. Akademik Opera və Balet Teatrının, Dövlət Akademik Filarmoniyasının solistidir.
1998 – Prezident Heydər Əliyev Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsinin qoyulması ilə bağlı sərəncam imzalayıb. Abidənin açılışı 2002-ci il iyunun 9-da keçirilib.
31 MART
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin martında erməni silahlı dəstələri Bakı, Qarabağ, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906–1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.
1871 – Görkəmli teatr rejissoru, Xalq artisti Aleksandr Aleksandroviç Tuqanov (1871–1960) Moskvada anadan olub. 1924- cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında, 1937-ci ildən Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.
1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşu rəssam işləyib.
1959 – Əməkdar artist, violin ifaçısı Nadir Adil oğlu Məlikov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin solistidir.
1998 – Prezident Heydər Əliyev tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, akademik Heydər Hüseynovun 90 illik yubileyi haqqında sərəncam imzalayıb.