11.03.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və Mədəniyyət Nazirliyinin də qoşulduğu “Dost Xonçası” aksiyası çərçivəsində növbəti görüş Salyan şəhərində keçirildi. Salyan rayonunun mədəniyyət işçiləri uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərmiş Əməkdar mədəniyyət işçisi, şəhid atası Cahangir Qaraşovun qonağı oldular və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bayram sovqatlarını təqdim etdilər. Hazırda təqaüddə olan C.Qaraşov göstərdikləri diqqətə görə qonaqlara təşəkkür etdi və bayram süfrəsi arxasında öz zəngin xatirələrini bölüşdü. Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstək verdiyi aksiya çərçivəsində digər görüşlərin də keçirilməsi planlaşdırılır.