Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin son tədbirləri

11.03.2020

Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialı kənd məktəbində Mlli Qəhrəman Yusif Əliyevin 50 illik yubileyi münasibətilə “İgid ölər adı qalar” adlı anım günü keçirdi.

Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında Xalq şairi Nəbi Xəzrinin 95 illik yubileyi münasibətilə “Nəbi Xəzri kəhkəşanı” adlı məlumat günü keçirildi.

Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan şair, tərcüməçi Məmməd Aslanın 80 illiyi ilə əlaqədar ”Şeirimizin səməndər quşu” adlı ədəbiyyat saatı keçirdi.

Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında fonda yeni daxil olmuş kitabların sərgisi təşkil edildi.

Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi N.Gəncəvi adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri arasında “Kitablar ən yaxşı dostlardır” adlı səyyar xidmət təşkil etdi. Səyyar xidmət zamanı şagirdlərə bir-birindən maraqlı nağıl kitabları paylandı. Həmçinin şagirdlərə milli cizgi filmimiz “Tıq-tıq xanım” nümayiş olundu.

Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında Milli Qəhrəman Cəfərov Faiqin 45, Hacıyev Fikrətin 55 illik yubileyləri ilə əlaqədar “Vətən fədailəri” başlıqlı sərgi təşkil edildi.