05.03.2020
Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirilmişdir.
Müşavirədə qeyd olunmuşdur ki, Azərbaycanın qoşulduğu beynəlxalq mədəni marşrutlar üzrə hər bir region müəyyən layihələr həyata keçirməlidir. Bu mənada müvafiq sahələr üzrə istehsalat, turizm, internet üzərindən reklam və s. fəaliyyət gerçəkləşdirilməli, yeni xidmətlər formalaşdırılmalıdır.
Mədəniyyət mərkəzlərində keçirilən müşavirələrdə yeni formalardan istifadə edərək bu hərəkata qoşulma imkanları müzakirə edilmişdir. Bundan başqa, regionda yeni marşrutların yaradılması, xüsusilə də xalçaçılıq, muğam kimi mənəvi sərvətlərin təbliği və inkişafında yeni modellərin seçilməsi və tətbiqi istiqamətində perspektivlər nəzərdən keçirilmişdir. Bu proseslərə paralel olaraq mədəniyyət və yaradıcı sənayenin inkişaının aktuallığı da qeyd olunmuşdur.
Hazırda regionda müşavirələr davam edir.