Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala rayon Heydər Əliyev Mərkəzində açıq dərs keçirildi

26.02.2020

Neftçala rayon Heydər Əliyev Mərkəzində şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 28 illiyinə həsr olunmuş "Xocalı harayı" adlı açıq dərs keçirildi. Məktəbdənkənar və sinifdənxaric işləri üzrə direktor müavini Şəfa İbrahimbəyli, Uşaq Birliyi təşkilatının rəhbəri Lalə Nuriyeva və kitabxanaçı Nigar Rəcəbovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər faciəni əks etdirən şeir kompozisiyaları və səhnəciklərlə çıxış etdilər. Sonda mərkəzin direktoru Könül Məmmədova çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O, həm də qeyd etdi ki, xalqımız 200 il ərzində etməni-millətçi şovinistlərin davamlı olaraq etnk təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Xocalı soyqırmına, əsl soyqırım hadisəsi kimi, beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.