26.02.2020
Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə Azercell şirkətidir. Buktreyler Festivalında iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:
1. Online qeydiyyatdan keçin
Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.
2. Sevdiyiniz kitabı seçin
İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).
3. Buktreylerin ssenarsini yazin
Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.
4. Buktreyleri hazirladiğiniz ssenari əsasinda çəkin
Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan
smartfonlardan da istifadə etməklə “Ən yaxşı mobil bukteyler” nominasiyasında iştirak edə bilərsiniz.
5. Çəkdiyiniz materiali montaj edin
Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.
6. Montaj etdiyiniz materialin səs və musiqi tərtibatini işləyin
Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması səbəbindən buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.
7. Buktreylerinizi festivala göndərin
Buktreylerinizi www.wetransfer.com saytı üzərİndən 1 aprel 2019-cu il tarixədək festival2019@booktrailer.az ünvanına göndərİn.
8. Buktreylerinizi qeydiyyatdan keçirin və qalib olmaq şansini əldə edin
Saytımızda qeyd olunmuş “Buktreylerin Qeydiyyatı” linkinə keçid etməklə oradakı məlumatları doldurun.
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az