19.02.2020
FЕVRAL 16
1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun“, “Babək” filmlərinin ssenarisini yazıb.
1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.
1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.
1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873–1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub. 1928 – Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Od gəlini” pyesinin ilk tamaşası (rejissor Aleksandr Tuqanov) olub.
1935 – Xalq rəssamı, heykəltəraş Fazil İmamverdi oğlu Nəcəfov anadan olub. Görkəmli bəstəkar Qara Qarayevin Bakıda ucaldılan abidəsinin, “İçərişəhər qadınları”, “Həyatın mərtəbələri” və s. əsərlərin müəllifidir.
1944 – Əməkdar memar Rəhim Məmi oğlu Seyfullayev Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı binasının layihəsinin həmmüəllifidir.
1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 – 1945) vəfat edib.
1945 – Əməkdar mədəniyyət işçisi Natella Sirac qızı Salayeva anadan olub. Azərbaycan Milli Kitabxanasında çalışıb.
1966 – Əməkdar artist, vokal ifaçısı Zemfira Rüstəm qızı İsmayılova Sumqayıtda anadan olub. Dövlət Akademik Filarmoniyasının, Opera və Balet Teatrının solistidir. 2012 – Prezident İlham Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
FЕVRAL 17
1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.
1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920–1993) anadan olub.
1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.
1926 – Rus şairi Vladimir Mayakovski Bakıya gəlib. Bir həftə şəhərdə qalan şair təəssüratını əsərlərində təsvir edib. Məşhur şair 1927-ci ilin 8–14 dekabrında növbəti dəfə Bakıda olub.
1943 – Əməkdar rəssam, heykəltəraş Görüş Nurəddin oğlu Babayev Bakıda anadan olub. Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli, Bakıda Dədə Qorqud abidəsi, Gəncədə Mirzə Şəfi Vazehin abidəsinin müəllifidir.
1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945–1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.
1947 – Əməkdar artist Əlfida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. Akademik Milli Dram Teatrının aktyorudur.
1958 – Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893–1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.
2003 – Prezident İlham Əliyev “Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.
2014 – Prezident İlham Əliyev Xalq artisti, tanınmış dirijor Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
FЕVRAL 18
1201 – Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasir” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir.
1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqu lu oğlu İsgəndərov, 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924– 1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.
1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925–2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.
1931 – Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. “Cavid”, “Nizami”, “Nuru Paşa” poemaları, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər” dramlarının müəllifidir.
1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934–1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. “Azərbaycan gəncləri” qəzetinin redaktoru, “Kirpi” jurnalının baş redaktoru işləyib. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yolayrıcında” və s.
1946 – Əməkdar rəssam Fikrət Ağa-Zeynal oğlu Ələkbərov anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam, quruluşçu rəssam işləyir.
1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.
1951 – Xalq rəssamı Əşrəf Nəzir oğlu Heybətov Bakıda anadan olub. Almaniyada yaşayır. Azərbaycanın tarixi, mədəni irsi ilə bağlı süjetli, mürəkkəb kompozisiyalı tabloları xüsusilə məşhurdur.
2009 – Bakıda “İslam mədəniyyətinin paytaxtı 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – İSESCOnun 2007-ci ildə qəbul etdiyi qərara əsasən “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu.
2016 – Prezident İlham Əliyev Bakı şəhərində Birinci Türkloji Qurultayın (1926) keçirilməsinin 90 illik yubileyi haqqında sərəncam imzalayıb
FЕVRAL 19
1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897–1976) anadan olub. Dövlət Rus Dram Teatrında (1935–1950) aktrisa kimi fəaliyyət göstərib.
1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921–1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.
1949 – Respublika hökuməti Bakıda Üzeyir Hacıbəylinin evmuzeyinin yaradılması barədə qərar qəbul edib. Qərar Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1975-ci ildə həyata keçdi.
1949 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. S.Vurğunun yaradıcılığı, Tifis Azərbaycan teatrının, Azərbaycanda muzey işinin tarixi ilə bağlı tədqiqatların müəllifidir.
2007 – Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.
FЕVRAL 20
1832 – Çar ordusunun Qafqaz korpusunda qulluq edən tarixçi, şair Abbasqulu ağa Bakıxanov müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılması barədə hazırladığı layihəni Rusiyanın Qafqaz canişini baron Rozenə təqdim edib. Canişinin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.
1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.
1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925–1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.
1928 – Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır” və s. Rus poeziyasından tərcümələr edib.
1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935–2013) anadan olub. 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938–1996) anadan olub.
1938 – Xalq artisti, ustad xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində doğulub. “Leyli-Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. muğam operalarında baş rolları oynayıb. Azərbaycan Milli Konservatoriyasının professorudur. 1954 – Əməkdar incəsənət xadimi İsmayıl Abbas oğlu Ömərov Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. İctimai Televiziyanın rəhbəri olub.
1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890–1957) vəfat edib. Uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib.
1960 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov anadan olub. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor olaraq çalışır.
1980 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin (heykəltəraşlar – Tokay Məmmədov və İbrahim Zeynalov) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev iştirak edib.
1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. Simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir.
1999 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (29.1.1927 – 1999) dünyasını dəyişib. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.
2009 – Prezident İlham Əliyev “Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının maddi-texniki bazasının təminatı, idarəolunma və kadr potensialının vəziyyəti haqqında” sərəncam imzalayıb.
2014 – Xalq artisti, tanınmış teatr və kino aktrisası Firəngiz Abbas Mirzə qızı Şərifova (6.2.1924 – 2014) vəfat edib.
2015 – Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən alman dilinə tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi haqqında sərəncam imzalayıb.
2019 – Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.
FЕVRAL 21
21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifiyin qorunması məqsədilə təsis edilib.
1906 – Əməkdar incəsənət xadimi, kinorejissor Həbib Ələkbər oğlu İsmayılov (1906 – 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda xüsusi yeri olan “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə (1921 – 20.12.2014) Xızıda, tanınmış yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir.
1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (1921 – 3.11.2007) Bakının Fatmayı kəndində doğulub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.
1943 – Əməkdar rəssam Adil Əliağa oğlu Rüstəmov Bakıda doğulub. “Qarabağ şikəstəsi”, M.Şəhriyar, H.Cavid, Ə.Vahiq və b. şairlərə həsr olunmuş qrafik silsilələrin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professorudur.
1955 – Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.
1994 – Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb.
1997 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İtifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 – 1997) dünyasını dəyişib.
1999 – Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalayıb.
2012 – Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin (heykəltəraş – Xalq rəssamı Tokay Məmmədov) açılışı keçirilib. Abidə Prezident İlham Əliyevin 3 dekabr 2009-cu il və 24 dekabr 2010-cu il tarixli sərəncamlarına əsasən yaradılıb.
1869 – Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869 – 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 – 29.3.1976) anadan olub.
1914 – Xalq rəssamı, heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1914–2001) Şuşa şəhərində anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
1917 – Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917–1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
1924 – Xalq artisti, görkəmli bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (1924 – 21.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Həmişəxanım” operetalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, mahnıların müəllifidir.
1950 – Əməkdar rəssam Asif Əli oğlu Məmmədov (1950 – 4.11. 2002) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrının baş rəssamı olub.
1952 – Yazıçı, ssenarist, ədəbiyyatşünas Akif Əli oğlu Məhərrəmov Şuşada doğulub. “Tütək səsi”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib.
1964 – Əməkdar artist Əhməd Məmməd oğlu Salahov Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb, Bakı Bələdiyyə Teatrının aktyorudur, filmlərdə çəkilib. 2019 – Prezident İlham Əliyev ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
FЕVRAL 23
1909 – Tanınmış ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.
1911 – Xalq artisti, rejissor, Azərbaycanda musiqili teatrın yaradıcılarından Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İtifaqı) sədri olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
1928 – Akademik, coğrafiyaşünas, tarix və toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928–2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.
1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938–2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.
1943 – Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943–2005) anadan olub.
1951 – Əməkdar artist Salamulla Xeyrulla oğlu İsmayılov Naftalan şəhərində anadan olub. Gəncə Dövlət Dram Teatrının aktyorudur, filmlərə çəkilib.
1952 – Əməkdar artist Əlican Süleyman oğlu Əzizov anadan olub. Gəncə Dövlət Dram Teatrında, Nizami Poeziya teatrında aktyor kimi çalışıb, filmlərdə çəkilib.
1960 – Əməkdar artist Teymur Bayram oğlu Məmmədov anadan olub. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur.
1983 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (21.3.1914 – 1983) vəfat edib. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1985 – Əməkdar artist Makar Sergeyeviç Ferştandt anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1999 – Prezident Heydər Əliyev böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2003 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib.
2007 – Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.
2010 – Prezident İlham Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
FЕVRAL 24
1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.
1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933–2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.
1956 – Xalq artisti, müğənni Səkinə Qulu qızı İsmayılova anadan olub. Muğam operalarında Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli), Ərəbzəngi (“Şah İsmayıl”, M.Maqomayev) və s. partiyaları ifa edib, pedaqoji fəaliyyət göstərir.
1958 – Əməkdar müəllim Zakir Xeyrulla oğlu İsmayılov anadan olub. Bakı şəhəri T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin müəllimidir.
1963 – Əməkdar incəsənət xadimi, bəstəkar Mehriban Fikrət qızı ƏhmədovaƏliyeva Bakıda anadan olub.
FЕVRAL 25
1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi, Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır. 1948 – Əməkdar rəssam Fikrət Məmməd oğlu Haşımov Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Əsərləri Moskvada Tretyakov Qalereyasında, şəxsi kolleksiyalarda saxlanılır. 1999-cu ildən Türkiyədə yaradıcı və pedaqoji fəaliyyət göstərir.
1965 – Əməkdar mədəniyyət işçisi Mehman Şakir oğlu Şükürov Ağsu rayonunda anadan olub. Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib.
FЕVRAL 26
26 fevral Xocalı soyqırımı günüdür (1992).
1892 – Məşhur musi qiçi Leopold Vitoldoviç Rostropoviç (1892 – 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci il də ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.
1926 – Bakıda Birinci Türkoloji Qurultay açılıb. Martın 6-dək davam edən qurultayda Sovet İttifaqı və xarici ölkələrdən 131 nümayəndə iştirak edib. SSRİ-də yaşayan türk dilli xalqların əksəriyyətinin təmsil olunduğu qurultayda latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdı.
1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879–1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.
1946 – Əməkdar artist Lyubov Aleksandrovna Tkaçova anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
1947 – Əməkdar artist Gülsabah Əjdər qızı Quliyeva Bakıda doğulub. Bakı Bələdiyyə Teatrının aktrisasıdır.
1965 – Xalq artisti Sevinc Süleyman qızı İbrahimova Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistidir.
1992 – Erməni silahlı qüv vələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü elan edilib.
FЕVRAL 27
1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.
1950 – Sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədova-Sarabskaya anadan olub. “Azərbaycan muğamı”, “Musiqili türkologiya” və s. kitabların müəllifidir.
1957 – Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Rafiq Səfər oğlu Quliyev Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin professoru, kafedra müdiridir.
1960 – Əməkdar memar Yeganə Ərşad qızı Hacıyeva anadan olub.
1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936–1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb. 1998 – Naxçıvan Dövlət Universitetinin Konservatoriyası yaradılıb.
FЕVRAL 28
1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tifisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908–1965) Bakıda anadan olub.
1911 – Bakıda Opera Teatrının (indiki Akademik Opera və Balet Teatrı) açılışı olub. Açılış gecəsində M.Musorqskinin “Boris Qodunov” operası oynanılıb.
1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrı, 1934-cü ildə M.F.Axundzadə adına Böyük Opera və Balet Teatrı adlandırılıb.
1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940–1994) anadan olub. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyaların müəllifidir.
1944 – Əməkdar artist, tanınmış müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.
1949 – Əməkdar incəsənət xadimi, musiqişünas Tariyel Aydın oğlu Məmmədov anadan olub. Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan musiqisi üzrə internet layihələrin müəllifi və rəhbəridir.
1952 – Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnılar, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir. Teatr tamaşalarına musiqi yazıb.
1976 – Əməkdar mədəniyyət işçisi İlham Elxan oğlu Əsgərov Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışır.
2014 – Prezident İlham Əliyev tanınmış inşaatçı, dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
2018 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
FЕVRAL 29
1940 – Əməkdar rəssam, rəngkar və heykəltəraş Tamilla Əbdürrəhman qızı Seyidova Şəki şəhərində anadan olub. “Qarabağ şikəstəsi” silsilə əsərlərinin, “Bakının səhəri” və s. əsərlərin müəllifidir.
1960 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Xanlar Əmrulla oğlu Novruzov anadan olub.
1968 – Xalq artisti Fatma Qədir qızı Qədri (14.4.1907 – 1968) vəfat edib. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram, Milli Dram teatrlarında çıxış edib.