18.02.2020
Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” təşkil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək “Könüllülük Həftəsi” çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə Neftçala rayon Heydər Əliyev Mərkəzində İcra Hakimiyyəti Aparatı işçilərinin könüllülərlə görüşü oldu.