18.02.2020
Salyan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən 2019-2021-ci illərdə həyata keçirilən “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” birgə proqram çərçivəsində hazırlanmış “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə aparılacaq icma əsaslı maarifləndirmə” adlı təlim keçirildi.
Əliliyi olan şəxslər və icma üçün nəzərdə tutulmuş təlimdə layihə haqqında məlumat verildikdən sonra əliliyin dərki, tibbi və sosial model, əlilliyi olan insanların hüquq və maraqlarının müdafiəsi, öz hüquqlarımızı müdafiə etmək üçün qanunvericilikdən istifadə etməsi və öz hüquq və maraqlarının müdafiəsi üçün lazım olan bacarıqlar, pozitiv özünüqiymətləndirmə haqqında sesiyalar keçirildi.