28.01.2020
Biləsuvar Regional Mədəniyyət İdarəsi bütün şəxsləri mədəniyyət müəssisələrində könüllü fəaliyyət göstərməyə dəvət edir.
Könüllülərin və könüllü fəaliyyət təşkilatçılarının hüquqları, vəzifələri və öhdəlikləri müvafiq qanunvericiliklə tənzimlənir. Könüllülər müqavilə əsasında ödənişsiz fəaliyyət göstərirlər. Bu prosesin hüquqi tənzimləməsi ilə aşağıdakı linkə daxil olmaqla tanış olmaq olar:
http://www.e-qanun.az/framework/18159
Biləsuvar Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələrində yaranan vakant vəzifələrə işə qəbul zamanı müvafiq ixtisas, əmək stajı və s. göstəricilərə malik olan könüllü fəaliyyət göstərmiş şəxslərə üstünlük veriləcək.
Könüllülərlə müqavilələrin bağlanmasına 01.02.2020-ci il tarixdən etibarən başlanacaq. Arzu edənlər mədəniyyət müəssisələrinə, eləcə də Biləsuvar Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq olar:
(050) 728 02 10 Tural Nəcəfov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin əməkdaşı