25.01.2020
16 yanvar 2020-ci il tarixdə Salyan rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə rayon ağsaqqalları, ziyalılar, Peşə liseyinin tələbələri, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Nübar Bayramova, daha sonra Ziyalilar Birliyinin sədri Allahverdi Piriyev, "Qələbə" qəzetinin əməkdaşı, jurnalist, şair Əzizaga Məmmədli, 2 saylı məktəbin tarix müəllimi Aynur Hüseynova, 7 saylı məktəbin ədəbiyyat müəllimi Günay Əbilova çixiş edərək faciənin acı tarixindən, bu faciəyə Heydər Əliyevin hüquqi-siyasi qiymət verilməsində böyük rolundan bəhs etdilər. Məktəblilərin hazırladığı şeir kompozisiyaları dinləyicilərdə xoş təəssürat yaratdı. Sonra şəhidlərin xatirəsinə həsr olunmuş film nümayiş olundu.