21.01.2020
Salyan Tarix-Diyarşünaslıq Muzeyi 20 Yanvar Ümumxalq Hüzn Gününün 30 illiyi ilə əlaqədar həmən gecədə şəhid olmuş Elçin İmanov və Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın hərbi geyimlərindən və şəxsi əşyalarından ibarət sərgi təşkil etmişdir. Muzeydə orta məktəb şagirdlərinin ekskursiyaları davam edir.