Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan MKS-nin son tədbirləri

14.01.2020

Salyan rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı qanlı 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilən “Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii kompozisiya təşkil etdi. Kitabxanaçı əvvəlcə məktəblilərə 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələrin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olması, sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələlərindən olması haqqında məlumat verdi. Məktəblilər faciəni əks etdirən kompozisiya təqdim etdilər. Tədbirdə 5 saylı məktəbin kollektivi iştirak etdi.

Salyan rayon MKS-nin Çuxanlı kənd kitabxana filialı Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30 illiyi münasibətilə məktəblilərlə birlikdə şəhidlərə həsr edilən abidə kompleksində olmuş, məktəblilərlə söhbət aparmış, şəhid Elçin İmanovun məzarı üstünə tər çiçəklər qoymuşlar.

Salyan rayon MKS-nin Kürsəngi kənd kitabxana filialı kənd məktəbində Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilən “Ey şəhidin ruhu, ey şəhid səsi” adlı məlumat saatı keçirdi. Kitabxananın müdiri məktəblilərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətməsi, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilməməsi, xalqımızin qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşması haqqında söhbət apardı.

Salyan rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 2 saylı məktəbin kollektivi ilə birlikdə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilən “Unudulmayan qan yaddaşımız” adlı tədbir keçirdi.

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Salyan rayon Mərkəzi Kitabxanası və Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlığı ilə Arbatan kənd orta məktəbində tədbir təşkil olundu.Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva açaraq 20 Yanvar faciəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğun bildirdi, kitabxana əməkdaşı Xəyalə Mehdibəyli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Yaqubova Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisəsinin lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldığından bəhs etdilər. Daha sonra məktəbin direktoru Aytən Ağalarova və məktəbin müəllimi Mətləb Hüseynov vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq, şagirdləri vətənpərvərliyə səslədilər. Şagirdlər şeirlər söyləmiş və şəhidlərimiz sükutla anılmışdır. İştirakçılara 20 Yanvar faciəsindən bəhs edən kinofilm nümayiş etdirilmişdir.