Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirildi

09.01.2020

09 Yanvar 2020-ci il tarixdə Salyan rayonunun mədəniyyət müəssisələrinin əməkdaşları ilə seminar müşavirəsi keçirildi. Seminarı giriş sözü ilə Regional İdarənin baş məsləhətçisi Günaydın Əhədova açaraq cari ildə görüləcək işlərdən danışdı və bəzi tapşırıqlar verdi. Seminar-müşavirənin gündəliyində duran məsələlər geniş müzakirə olundu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq silsilə tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verildi.