08.01.2020
29 dekabr 2019-cu il tarixdə Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun aktiv gəncləri və məktəblilər, Mərkəzin ''Sözün sehri'' ədəbiyyat dərnəyinin üzvləri ilə 'Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə oyunlar, viktorinalar, mahnılar, rəqslər nümayiş olundu.Təbbirdə Mərkəzin direktoru Nübar Bayramova, 7 saylı məktəbin ədəbiyyat müəllimi Günay Əbilova, eləcə də şagirdlər çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs etdilər. Sonda hədiyyələr təqdim olundu.