29.12.2019
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan bölgəsinə səfər etmişdir. Səfir Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ilə görüşmüş, Şirvan Milli Parkını gəzmiş və yerli tələbələrlə görüşmək üçün Salyan rayon Mərkəzi Kitabxananın daxilində fəaliyyət göstərən "Amerika Guşəsi"ni ziyarət etmişdir.
Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması barədə səfirə məlumat verildi. Səfir flora və faunanın mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğuladı və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirdi.
Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə etmişdirlər.
"Amerika Güşəsi" proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və yaradıcılıq məkanında yüksək innovativ texnologiyalarla bağlı layihələrdə iştirak etmək imkanlarını yaradır. Güşələr mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.