29.12.2017
29.12.2017-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyi tərəfindən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” münasibətilə bayram tədbiri keçirildi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalqımızın ikiqat bayram sevinci ilə qeyd olunan “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” bütün dünya Azərbaycanlılarının milli birliyinin bayramı, harada yaşamalarından asılı olmayaraq soydaşlarımızın birlik təcəssümünün nümayişidir.