Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan MKS-nin son tədbirləri

24.12.2019

Marışlı kənd kitabxana filialı “Qadınlara qarşı zorakılıq qəbuledilməzdir” adlı məlumat saatı keçirdi. Kitabxanaçı genderəsaslı zorakılığın qadınlara, onların ailələrinə, eləcə də ölkələrinə zərər verməsi və dünyada qadın və kişilər arasında qeyri-bərabərliklərə təkan verməsi, 603 milyondan çox qadının isə hələ də məişət zorakılığının cinayət hesab olunmadığı ölkələrdə yaşaması haqqında söhbət apardı.

Salyan rayon MKS-nin Kərimbəyli kənd kitabxana filialının kitabxanaçısı ölkəmizdə dini və milli dözümlülük, tolerantlığın yüksək səviyyədə olması, Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərməsi haqqında söhbət apardı.

Salyan rayon MKS-nin Kərimbəyli kənd kitabxana filialı “Azərbaycanda qadın zorakılığı problemi...” adlı söhbət keçirdi. Kitabxanaçı qadın zorakılığı probleminin Azərbaycan dövlətinin də diqqət mərkəzində olması, ölkəmizdə insan hüquqlarının bərpası üçün istər nəzəri-hüquqi səviyyədə, istərsə də təcrübədə mühüm addımların atılması haqqında söhbət apardı.

Salyan rayon Mərkəzi Kitabxanasında Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Salyan Rayon Komitəsinin təşəbbüsü ilə “Şiddətə yox!” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan sədr Vəfa Əbilova geniş məruzəsində zorakılıq problemin miqyası, dünayada və ölkəmizdə statistik rəqəmlərlə bağlı məlumatlar verdi, qadın zorakılığının hüquqi və sosial fəsadları barədə maraqlı təqdimatlar etdi.
Çıxış edənlər - Salyan Rayon Prokurorluğunun müstəntiqi Mələk Əliyeva, “Qələbə” qəzetinin müxbiri Leyla Nəsirli, “Murad“ Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Əsgərova, Uşaq İnkişaf Yaradıcılıq Mərkəzinin nümayəndəsi İlhamə Xudazarova, MİHİ Salyan RK-nin Gənclər Təşkilatının sədri Xəyalə Mehdibəyli, müəllim heyəti və MİHİ Salyan RK-nin təşkilat üzvləri mövzu ətrafında geniş məzruzələr söylədilər.