20.12.2019
Biləsuvar rayon Mədəniyyət Mərkəzində Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət işçiləri, dövlət orqanlarının nümayəndələri, rayon sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova açaraq yazıçının həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat vermişdir. O, bildirmişdir ki, C.Məmmədquluzadənin bədii irsi milli ədəbiyyatımızın formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır və mütəfəkkir yazıçımızın 150 illiyi bütün respublikada dövlət səviyyəsində qeyd edilir.
Tədbirin bədii hissəsində Biləsuvar rayon Mədəniyyət Mərkəzinin "Pəncərə" teatr studiyasının hazırladığı "Ölülər" pyesi tamaşaçılara təqdim edilmişdir.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.