28.12.2017
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və 1 Yanvar - Yeni il bayramı münasibəti ilə Cəbrayıl rayom Mədəniyyət evi, musiqi məktəbləri və MKS-lə birlikdə bayram tədbiri hazırlmişdir. Tədbiri ilk olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab K.Həsənov rayon ictimaiyyətini bayram münasibəti ilə təbrik etməklə açdı. Şaxta baba və Qar qızın gəlişi alqışlarla qarşılandı. Tədbir konsert proqramı ilə davam etdi. İştirakçıların ifasında səslənən şən mahnılar və rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.