20.11.2019
Neftçala rayon Heydər Əliyev Mərkəzində şəhər 1 saylı tam orta məktəbin və Muğan liseyinin şagird və müəllim kollektivinin iştirakı ilə "İntihar çarə deyil" adlı qısametrajlı film nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova gənclərin qlobal problemi olan intihardan danışdı. Daha sonra filmin rejissoru və ssenari müəllifi Jalə Sərdarzadə, təşkilatçısı Gülqədəm Mirzəzadə çıxış edərək filmin gənclərə göstərdiyi müsbət təsirlərdən və qısa müddətdə rəğbət qazanmasından söhbət açdılar. Sonda filmdə əməyi keçən hər kəsə təşəkkürnamə təqdim edildi.