14.11.2019
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə YAP Biləsuvar rayon təşkilatında “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Kostitusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru Səyalə Şahbazova açmışdır. Səyalə Şahbazova “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının banisidir” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat verən ən vacib hüquqi bazadır.
Daha sonra dəyirmi masada iştirak edən məktəblilərdən A.Kazımova, Ş.Qasımova və A.Hüseynova çıxış edərək qeyd etdilər ki, bu gün Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 24 il ötür, Konstitusiyamız müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühim, bitkin və normativ sənəddir.