14.11.2019
Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialının kitabxanaçıları 7 gün ərzində Eyfel qülləsinin maketini hazırlamış Petroeqaz MMC-nin operatoru Abdullayev Elşən Əziz oğlu ilə görüş keçirdilər.
Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi S.İmanov adına Neftçala şəhər 1 saylı orta məktəbdə “H.Əliyev və siyasi mübarizə tariximiz” adlı informasiya günü keçirdi.
Neftçala rayon MKS-nin kənd və qəsəbə kitabxana filiallarında vətənpərvərlik ruhunda silsilə tədbirlər keçirilmişdir. Belə ki, Qardaşbəyli kənd kitabxana filialı kənd məktəbində məlumat günü keçirmiş, Dördlər, Aşağı Qaramanlı kənd kitabxana filiallarında informasiya günləri, Aşağı Surra kənd kitabxana filialında “Müstəqilliyimizin memarı Heydər Əliyev”, Qədimkənd kənd kitabxana filialında “Mənim müstəqilliyim”, Həsənabad qəsəbə kitabxana filialında “ Heydər Əliyev: Müstəqillik yollarında” adlı informasiya günü keçirilmişdir.
Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə “Azərbaycanda milliyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamış Əhməd bəy Ağaoğlu” adlı məlumat günü keçirildi.
Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında “Müdrik rəhbərin layiqli davamçısı” başlıqlı sərgi təşkil edildi.
Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı Neftçala rayon Folklor Evində “Müstəqilliyimizi əbədiləşdirən lider” adlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə folklor evinin əməkdaşları və M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri çıxış etdilər.
Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında böyük rus şairi M.Y.Lermontovun 205 illiyi münasibətilə “Ölməz sənətkar” başlıqlı sərgi təşkil edildi.
Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında vətənpərvərliyi təbliğ edən sərgi təşkil edildi.
Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Neftçala şəhər V.Soltanov adına Kürkənd kənd orta məktəbində 17 oktyabr Ümumdünya Yoxsulluqla Mübarizə Günü ilə əlaqədar “Yoxsulluqla necə mübarizə aparmalı?” adlı sorğu keçirdi. Sorğu zamanı şagirdlər yoxsulluq və zənginlik anlayışları ilə bağlı sualları cavablandırdılar.