Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin son tədbirləri

24.10.2019

Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında Beynəlxalq Qızlar Günü ilə əlaqədar “Həyatın bəzəyi qızlar” adlı görüş keçirildi. Kitabxanaya gələn balaca fidanlar kitab almaqla yanaşı, hədiyyələrlə kitabxanadan ayrıldılar.

Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində böyük rus şairi M.Y.Lermontovun 205 illik yubileyi münasibətilə sərgi təşkil edildi.

Neftçala rayon MKS-nin Cəngən və Kürkənd kənd kitabxana filialları görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə kənd məktəbində məlumat günü keçirdilər.

Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialının kitabxanaçıları Qarabağ döyüşləri zamanı şəhid olmuş qəsəbə sakini Qəhrəman Babayevin 60 illik yubileyi ilə əlaqədar ailəsi ilə “Ölməz qəhrəmanlıq, ölməz hünər” adlı görüş keçirdilər.

Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında milli qəhrəmanlar Rzayev Rövşənin 50, Məmmədov Kazımın 50, Babayev Çingizin 55 illik yubileyləri ilə əlaqədar “Şəhidlər ölməz” başlıqlı sərgi təşkil edildi.

Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı Neftçala Sənaye Məhəlləsinin Metak MMC-nin işçilərinə səyyar xidmət göstərdi.

Neftçala rayon MKS-nin I Qaralı kənd kitabxana filialında payız fəslinin gəlişi ilə əlaqədar abadlaşdırma və təmizlik işləri görüldü.

Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə “Zərif qadın, görkəmli alim” adlı, I Qaralı kənd kitabxana filialında isə "Böyük qəlbin işığında" adlı məlumat günü keçirildi.