Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda mədəniyyətin səyyar briqadaları silsiləsinin ilk qısamüddətli təlimi keçirilib

09.10.2019

Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu məqsədlə yeni tədris modulları əsasında təlimlər təşkil edib. Oktyabrın 8-də ilk dəfə olaraq Salyan şəhərində Salyan Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsiləsinin ilk qısamüddətli təlimi keçirilib. Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlər respublikamızın müxtəlif guşələrində davam etdiriləcək.