08.10.2019
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və yerli icra hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə rəsmi dövlət nümayəndələri, mədəniyyət işçiləri, uzun müddət pambıqçılıq sahəsində çalışmış əmək adamları, ziyalılar iştirak etmişlər. Tədbiri daha maraqlı edən onun açıq havada, tanınmış pambıq ustası, nümunəvi əmək fəaliyyətinə görə “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenleri, “Tərəqqi” və digər medallarla təltif olunmuş torpaq mülkiyyətçisi, fermer Lətif Cəfərovun əkin sahələrində keçirilməsi olmuşdur.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova qeyd etmişdir ki, Ulu Öndərin ölkəmizdə strateji istehsal sahəsi olan pambıqçılığın inkişafına göstərdiyi diqqət bu gün də öz bəhrələrini verir. Hazırda bu istiqamətdə ciddi inkişaf hiss olunur. Çay süfrəsi arxasında tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söhbət açmışlar.
Görüşün sonunda Biləsuvar zəhmətkeşləri göstərdikləri diqqətə görə mədəniyyət işçilərinə təşəkkür etdilər.