07.10.2019
Salyan rayon Mərkəzi Kitabxanada mədəniyyət işçilərinin aylıq seminarı keçirildi. Seminarda ilk olaraq 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar rayonda fəaliyyət göstərən müəllimlərin peşə bayramları təbrik edildi. 7 Oktyabar Beynəlxalq Layiqli Əmək Günü münasibətilə AMİHİ Salyan Rayon Komitəsi tərəfindən həmkarlar komitəsinin üzvləri ilə geniş müzakirələr aparıldı, son illər Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin davamı kimi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində cari ildə inqilabi addımlar atılaraq dövlət başçısı tərəfindən 2019-cu ilin ötən dövründə təqdim olunan əmək haqları və pensiyaların, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasına, fiziki şəxslərin problemli kreditlərlə bağlı narahatlığına son qoyulmasına imkan verən iki sosial paketin 4 milyon 200 min vətəndaşın rifahına ciddi dəstək olması əsas prinsiplərdən biri kimi qiymətləndirildi.
Saminarın sonunda mədəniyyət işçilərinə metodiki tövsiyələr verildi.