24.09.2019
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində "20 yanvar şəhid ailələrinə və əlillərinə sosial xidmətlərin göstərilməsi" mövzusunda dəyirmi masa keçirildi. Salyan rayonunun təhsil, dövlət və mədəniyyət işçilərinin iştirak etdiyi tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.
İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir. BMT tərəfindən dünya miqyasında əlamətdar gün kimi qeyd edilən “21 sentyabr - Beynəlxalq Sülh Günü” insanların hüquqlarını, zorakılıqsız və münaqişəsiz cəmiyyəti, firavan həyatı təcəssüm etdirir.
"Sülh aylığı" çərçivəsindəki tədbirlər planına uyğun olaraq Salyan Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rayon ümumtəhsil məktəblərinin direktorları ilə görüşmüş və inşa müsabiqəsinə başlamışlar.