24.09.2019
Azərbaycan İstiqlal Muzeyi və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan - sülhün təminatçısıdır” adlı tədbir keçirilib.
Azərbaycan İstiqlal Muzeyində reallaşan tədbirdə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslı, ehtiyatda olan polkovnik Rəşid Allahyarov və filologiya elmləri namizədi Tahir Şirvanlı çıxış edərək sülh aylığının mahiyyəti haqqında qonaqlara məlumat veriblər.
Tədbirdə insan haqları mövzusunda videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.