Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin son tədbirləri

16.09.2019

Neftçala rayon MKS-nin 3 saylı şəhər kitabxana filialı çay evində sərgi təşkil etdi. Çay evinin qonaqları kitabxananın təqdim etdiyi yeni ədəbiyyatla tanış olmuşlar.

Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında Ülvi Bünyadzadənin 50 illik yubileyi ilə əlaqədar “Vətənlə döyünən ürək unudulmur” adlı məlumat günü keçirildi.

Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialı 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” ilə əlaqədar tədbir keçirdi.

Neftçala rayon MKS-nin Aşağı Qaramanlı kənd kitabxana filialında 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” ilə əlaqədar informasiya günü keçirildi.

Neftçala rayon MKS-nin 1 saylı Bankə qəsəbə kitabxana filialı açıq havada uşaqlarla Sülh Günü ilə əlaqədar “Dünyaya sülh” adlı tədbir keçirdi.

Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının oxucusu, “Yay məktəbi”nin fəal üzvü Ramal Bayramlı tətildə hazırladığı əl işini kitabxanamıza təqdim etdi.