Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan MKS-nin son tədbirləri

14.09.2019

Salyan şəhər MKS-nin Uşaq şöbəsi "Sülh aylığı" çərçivəsində "Ucadan oxu!" adlı müsabiqə keçirdi.

Salyan rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı "Sülh aylığı" çərçivəsində tədbir keçirdi.

Salyan rayon Mərkəzi Kitabxanada şair, publisist Bünyadzadə Ülvi Yusif oğlunun anadan olmasının 50 illiyi ilə əlaqədar tədbir təşkil edilmişdir.

Salyan MKS-nin Seyidlər kənd kitabxana filialı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illiyinə həsr edilən məlumat saatı keçirdi. Tədbirdə yazıçının “Oktay Eloğlu“ əsəri müzakirə olundu.

Salyan şəhər Mərkəzi Kitabxananın fəal oxucusu, Salyan Amerika Mərkəzinin seçilən şagirdlərindən olan Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli Attestat və Qızıl Medalın sahibi, 2 saylı tam orta məktəbin məzunu, FLEX programında qalib gələrək ABŞ-da təhsil almağa haqq qazanmış Hüseynzadə İnqilab Ağababa oğlu ilə görüş keçirilmişdir. Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva kitabxana kollektivi adından oxucuya qiymətli hədiyyələr təqdim etdi və gələcək karyerasında uğurlar arzuladı.