13.09.2019
Salyan rayon MKS-nin Düzənlik kənd kitabxana filialı Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirdi.
Salyan rayon MKS-nin 3 saylı şəhər kitabxana filialı 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Mikayıl Müşfiq" və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rzaya həsr olunmuş tədbir təşkil etdi.
Salyan rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Natiq İlyas oğlunun anadan olmasının 50 illiyinə həsr edilən “Qəhrəmanlar unudulmur!” adlı məlumat saatı keçirildi. Kitabxanaçı Mehdibəyli Xəyalə Milli Qəhrəmanımızın göstərdiyi igidlik haqqında oxuculara məlumat verdi.
Salyan rayon MKS-nin Seyidsadıqlı kənd kitabxana filialı "Beynəlxalq Sülh Günü"nə həsr edilən "Gəlin sülhə səs verək" adlı söhbət saatı keçirdi.
Salyan rayon MKS-nin Ərəbqardaşbəyli kənd kitabxana filial 21 Sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı “Biz Sülhə səs veririk” mövzusunda tədbir keçirmişdır. Kitabxanaçı oxuculara sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf olması, sülhün carçıları isə gələcəyimiz olan uşaqlar olması, uşaqların daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq hüququnun olması haqqında geniş məlumat verdi.
Salyan rayonu MKS-nin Sarvan kənd kitabxana filialı məktəblilərin yay istirahətini daha səmərəli keçirmələri üçün məktəblilərlə birlikdə "Oxu günü" təşkil etmişdir.
Salyan rayon MKS-nin Seyidsadıqlı kənd kitabxanası şəhid Ağalar Davud oğlu Bağırovun anım günü çərçivəsində şəhidin evində olmuş, ailəsi ilə söhbət aparmışdır.
Ağalar Davud oğlu Bağırov 1973-cü ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub.Vətənpərvər ruhda tərbiyə alan Ağalar üçün Vətən əvəzedilməz olmuş, hər zaman torpaq uğrunda şəhid olmağını arzulamışdır. 1994-cü ilin ağır döyüşlərindən birində qəhrəmancasına həlak olmuşdur .