06.09.2019
Salyan rayon Mədəniyyət Mərkəzində “Sülh aylığı” ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında hökm sürən sülh, həmrəylik münasibətlərindən və vəhdətin mövcudluğundan danışıblar. Bundan başqa qeyd olunub ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.