21.08.2019
16.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Qədimkənd kənd kitabxana filialı gənclərin asudə vaxtının təşkili ilə əlaqədar “Biz kitab oxuyuruq” adlı oxu saatı keçirdi.
15.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Yenikənd kənd kitabxana filialında təşkil edilən "Yay məktəbi"nin növbəti məşğələsində uşaqlara dərziliyin sirləri haqqında məlumat verildi.
19.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin 2 saylı Bankə qəsəbə kitabxana filialında Azərbaycanın klassik şairlərinin kitablarından ibarət “Klassiklərimiz” başlıqlı sərgi təşkil edildi.
17.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin I Qaralı kənd kitabxana filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Mən bu cahana sığmazam” adlı məlumat günü keçirildi.
20.08.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində növbəti nağıl saatı keçirildi.
19.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialı kənd tibb məntəqəsində “Narkomaniyaya yox deyirik” adlı dəyirmi masa keçirdi.
20.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında “İncəsənətə maraq sərhəd tanımır” adlı informasiya günü keçirildi. Fəal oxucularımız Əli və Sübhan bəstəkarların əsərlərini tarda ifa etdilər.
16.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında Mehdi Hüseynin 110 illiyi ilə əlaqədar “Qara daşlar” başlıqlı sərgi təşkil edildi.
16.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında Milli Qəhrəmanlar Novruzov Ələsgərin 70, Həsənov Məhəmmədin 60 illik yubileyii ilə əlaqədar “Qəhrəmanlar unudulmur” adlı məlumat günü keçirildi.
20.08.2019-cu il tarixdə Neftçala Dövlət Rəsm Qalereyasının əməkdaşları Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Kitablarla əyləncəli istirahət”in növbəti məşğələsində uşaqlara respublika və rayonumuzun rəssamlarının əsərləri haqqında məlumat verdilər.
19.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialının əməkdaşları şəhid İbrahim Manafovun ev muzeyini ziyarət etdilər və şəhidin anası Yasəmən ananın həmsöhbəti oldular.
19.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında Ernest Heminqueyin 120 illiyi ilə əlaqədar “Heminquey məğlubiyyəti və Heminquey məğlubedilməzliyi” başlıqlı sərgi təşkil edildi.
15.08.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Yenikənd kənd kitabxana filialında “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar kitab oxudular və dama oyunu oynadılar.