Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Mədəniyyət Mərkəzinin konsert proqramları davam edir

02.08.2019

Salyan rayon Mədəniyyət Mərkəzinin tədbirlər planına uyğun olaraq rayonun bütün şəhər və kənd mədəniyyət müəssisələri yerlərdə "Mədəni istirahət sağlam həyatdır" adlı silsilə konsert proqramları təşkil edir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə növbəti belə konsert Kürqaraqaşlı kənd Diyarşünaslıq Evi və ərazidə fəaliyyət göstərən Cəngən, Beşdəli, Ərəbqardaşbəyli kənd klubları tərəfindən təşkil olundu.

Konsertdə mədəniyyət və incəsənət ustaları, həmçinin kənd ictimaiyyəti iştirak edirdi. Qeyd edək ki, belə tədbirlər sentyabrın ortalarınadək davam edəcək.