Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanlar mübarizə məktəbidir” mövzusunda tədbir təşkil olundu

01.07.2019

Salyan Tarix-Diyarşünaslıq Muzeyində rayonda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə birgə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “Qəhrəmanlar mübarizə məktəbidir” mövzusunda tədbir təşkil olundu. Rayon ziyalıları, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbir diskussiya şəkilində təşkil olunmuşdu.

            Tədbiri birliyin rəhbəri Rüstəm Məlikov açaraq 26 iyun tarixi haqqında geniş məlumat verdi.

            Çıxış edən tarixçi-tədqiqatçı Sahib Həsənov Silahlı Qüvvələrin yaranmasından və inkişafından söz açaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir. Daha sonra şahid ailələri və qazilər öz fikirlər və təkliflərini bildirdilər.

Muzeyin direktoru Rəfiqə Ağabəyli çıxış edərək vurğuladı ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir: Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib.

Tədbirin sonunda qonaqlar qəhrəmanlarımıza həsr olunmuş sərgilərə baxış keçirdilər.