01.07.2019
29 iyun 2019-cu il tarixdə Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyində aşıq sənəti ilə bağlı geniş tədbir keçirilmişdir. Tədbir Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin və "Dirili Qurbani" saz-söz məclisinin yaxından iştirakı ilə baş tutmuşdur. Çıxış edən Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslı aşıq sənətinin milli-tarixi köklərindən, bu günkü sazın sələfi olan ozan və qopuzdan, onların Azərbaycan mədəniyyəti üçün əhəmiyyətindən danışdı. Sonra "Dirili Qurbani" məclisinin üzvləri Aşıq Məhərrəm Hüseynli, Aşıq Nuru Məhəmmədoğlu, Cavanşir Gədəbəyli, gənc saz ustası Nazənin xanım öz ifalarını təqdim etdilər.