01.07.2019
Salyan rayonunda yerləşən "Ata oğul" abidəsi önündə Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürkün anım günü keçirilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri şairin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər.