17.11.2017
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Cəbrayıl rayon üzrə Qalacıq kənd klubunda Rayon Mədəniyyət evi 17 Noyabr –“Milli Dirçəliş Günü” ilə əlaqədər dəyirmi masa keçirilmişdir.
Baş məsləhətçi Cəbrayıl rayon üzrə nümayəndə K.Quliyev tədbiri açmışdır. Tədbirdə 1 –11 saylı qəsəbə klub və kitabxana işçiləri iştirak etmişdir. Tədbirdə iştirak edən prezident təqaüdçüsü Kamilxan Rüstəmova və rayon ağsaqqalı Əli Hümbətəliyev çıxış edərək milli dirçəliş gününün yaranması və mahiyyəti barədə danışdılar .