Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə tədbir keçirilmişdir

03.06.2019

31 may 2019-cu il tarixdə Bakıda fəaliyyət göstərən və Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun adını daşıyan Cəbrayıl şəhər tam orta məktəbində Cəmil Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə baş tutmuşdur. Məruzəçilər Cəmil Əhmədovun həyatı və döyüş yolu haqqında məlumat verdilər. Sonda məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu.